Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 17:42
Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq və ölkəmizin yeni inkişaf dinamikasını tam təmin edəcək.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirakı bir daha göstərir ki, yeni təhsil sisteminin yaradılmasına yönəlikli islahatlar uğurla davam edir:
"Ölkənin yeni inkişaf dövrünü səciyyələndirən əsas cəhət ondan ibarətdir ki, savadlı, bacarıqlı, hazırlıqlı kadrlar iqtisadi yüksəlişin əsasını təşkil edən yeni texnologiyaları yaradan və tətbiq edən yaradıcı şəxsiyyət kimi formalaşdırılırlar. Yüksək peşə təhsili, elmi nailiyyətlərdən səriştəli istifadə iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Məhz bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatın bütün prioritet sahələrinə sərmayə yatıran ölkə olmaqla yanaşı, həm də yüksək keyfiyyətli sənayə və kənd təssərrüfatı malları ixracaatçısına çevrilməkdədir.
Ölkəmizin idxaldan asılılığını azaltmaq, qeyri-neft sektoronu inkişaf etdirmək, əlbəttə, həyata keçirilən düşünülmüş islahatların nəticəsi kimi özünü aydın şəkildə biruzə verməkdədir. Yerli yeni xammal mənbələrinin aşkar edilməsi, yeni istehsal sahələrinin yaradılması həm daxili təlabatın ödənilməsinə, həm də ixracın artırılmasına geniş imkanlar yaradır.
Təsadüfi deyil ki, Peşə Təhsili Mərkəzinin açılışında cənab İlham Əliyev bir məsələni xüsusi olaraq vurğulamışdır: "Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir".
Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitin nəticəsidir ki, həm Azərbaycan şirkətlərinin, həm də xarici şirkətlərin məmmunluqla yeni istiqamətlər üzrə böyük biznes layihələri ilə çıxış edirlər. Qeyd edildiyi kimi, bunun üçün həddən ziyadə çox iş görülmüşdür. Yol infrastrukturu yenidən qurulmuş, respublikanın 95% qazlaşdırılmış, fasiləsiz elektrik enerjisinə tələbat və sahibkarlığın inkişafına dövlət tərəfindən maliyyə dəstəyi təmin edilmişdir.
Bütün bunlar imkan verir ki, ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsal sahələri yaradılsın. Amma əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Bu işlər bundan sonara daha da sürətləndirilməlidir. Çünki Azərbaycanda həyata keçirilən davamlı və məqsədyönlü islahatlar, həmçinin beynəlxalq neft-qaz və nəqliyyat layihələri bunun üçün real zəmindir".