Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 10:21
Bakı. Trend:
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində rayonun Calut kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2550 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.