Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yenilənmiş “iPad 8” planşeti təqdim olunub

Yenilənmiş “iPad 8” planşeti təqdim olunub

Tarix: 16 Sentyabr 2020 10:24

“Apple” şirkəti “iPad 8” planşet kompüterinin yenilənmiş modelini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, şirkətin ən populyar planşet kompüterinin yenilənmiş versiyası saniyədə 5 trilyon əməliyyat emal edən “A12 Bionic” prosessoru ilə təchiz edilib. İstehsalçı nümayəndəsinin sözlərinə görə, bunun sayəsində yeni nəsil “iPad” əvvəlki modeldən 40 faiz və digər rəqib istehsalçıların qurğularından bir neçə dəfə sürətli işləyəcək.

 

Məlumata görə, təkmilləşdirilmiş batareya “iPad 8” planşetindən təkrar enerji toplamadan sutka ərzində istifadəyə imkan verəcək. Qurğu “Apple Pencil” elektron qələmi və çıxarılabilən klaviatura ilə işi dəstəkləyəcək. Yenilənmiş “iPad” planşetinin qiyməti modifikasiyadan asılı olaraq 329 dollardan başlayır.

 

Qeyd edək ki, 1976-cı ildə yaradılan “Apple” şirkəti “iPhone” smartfonları, “iPad” planşetləri, “iMac” kompüterləri, “MacBook” noutbukları, “iPod” musiqi pleyerləri, eləcə də digər yüksək texnologiyalı texnikanın istehsalı ilə məşğul olur. Mənzil-qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşən şirkət dünyanın ən böyüklərindən biridir.

 

Nizam Nuriyev




Etiketlər:  Yenilənmiş iPad 8 planşeti təqdim olunub


RƏYLƏR