Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fermerlərə 30 milyon manat subsidiya ödənib

Fermerlərə 30 milyon manat subsidiya ödənib

Tarix: 16 Sentyabr 2020 20:52

Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 milyon manat subsidiya ödəyib. Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumata görə, bu məbləğin 17 milyon manatı pambıq, 1 milyon manatı isə tütün və çəltik istehsalçılarına çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50146 nəfər) subsidiya alıb. Bu fermerlərin 19515 nəfəri pambıq istehsalçısıdır.

Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27910 fermerə 4 525 500 subsidiya ödənilib.

19 min nəfərə yaxın arıçıya dövlət 4 milyon manatdan artıq subsidiya ödəyib və 700000 manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır.

Milli.Az


Etiketlər:  Fermerlərə 30 milyon manat subsidiya ödənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ