Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin üzvü üçün 5-ci baş məşqçi – bir mövsümdə

Millimizin üzvü üçün 5-ci baş məşqçi –  bir mövsümdə

Tarix: 24 Aprel 2019 14:08

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökcünün çıxış etdiyi “Giresunspor”un yeni baş məşqçisinin adı açıqlanıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, birinci liqa təmsilçisi Erkan Sözeri ilə anlaşıb. Onunla 1.5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, E. Sözeri bu mövsüm “Giresunspor”a baş məşqçi təyin olunan 5-ci mütəxəssisdir. Ondan əvvəl komandanı Metin Diyadin, Hüseyn Kalpar, Ümit Özat və Kamal Kılıç çalışdırıb.

 


Etiketlər:  Millimizin üzvü üçün baş məşqçi mövsümdə


RƏYLƏR