Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 11:48
Bakı. İlhamə İsabalayeva - Trend:
Böyrək çatışmazlığı olan xəstələrə onların vəziyyətinə uyğun olaraq əlillik dərəcəsi təyin edilir.
Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.
Onun sözlərinə görə, böyrək çatışmazlığı 5-ci dərəcə səviyyəsində olduqda şəxsə 1-ci qrup əlillik təyin edilə bilər.
M.Məmmədova əlavə edib ki, görmə qabilliyyəti zəif olan şəxslər də əlillik dərəcəsi ala bilər: “Bunun üçün görmə qabiliyyəti əksər hallarda Milli Oftalmologiya mərkəzində ölçülməlidir”.
M.Məmmədova qeyd edib ki, mövcud qanunvericliyə görə, 1-ci qrup əlillik müddətsiz verilir. 2 və 3-cü qrup əlillik 5 il müddətinə təyin edilir: “Lakin 2 və 3-cü qrup əlillik alan şəxslərin səhhətində bəzən geridönməz hallar olur. Bu halda onlara birinci dəfədən əlillik müddətsiz təyin edilə bilər”.