Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalında profilaktik tədbirlər gücləndirilmiş şəkildə davam etdirilir

Mərkəzi Gömrük Hospitalında profilaktik tədbirlər gücləndirilmiş şəkildə davam etdirilir

Tarix: 18 Sentyabr 2020 15:51

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən koronavirusun ətraf mühitdə düşdüyü səthin xüsusiyyətlərindən asılı olaraq, bir neçə saatdan bir neçə günə qədər qala bilir. COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Mərkəzi Gömrük Hospitalında profilaktik dezinfeksiya işləri gücləndirilmiş rejimdə aparılmaqdadır.
Hazırda bu virusa qarşı heç bir peyvəndin yoxluğu, həmçinin, ilkin yoluxma dövründə xəstəliyin inkişafının qarşısının alacaq hər hansı bir dərman preparatının olmaması, bu xəstəliyə qarşı mübarizədə ən güclü preventiv müdafiə tədbirinin profilaktiv dezinfeksiya olduğu danılmaz həqiqətdir.

Mərkəzi Gömrük Hospitalında profilaktik dezinfeksiya tədbirləri Hospitalın İnfeksiya Nəzarət Komissiyasının ciddi nəzarəti altında davam etdirilir. Hospitalın bütün ərazisinin dezinfeksiyası bu məqsədlə xüsusi ayrılmış əməkdaşlar tərəfindən gündə 3 dəfə olmaqla 8 saatdan bir aparılmaqdadır. Hospital daxilində xəstə yataq otaqları, həkim otaqları, yardımçı otaqların dezinfeksiyası təlim keçmiş xüsusi sanitarlar tərəfindən icra olunur.


Etiketlər:  Mərkəzi Gömrük Hospitalında profilaktik tədbirlər gücləndirilmiş şəkildə davam etdirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ