Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 14:32
İspaniya superkuboku növbəti mövsümdən Səudiyyə Ərəbistanında keçirilə bilər.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası bununla bağlı ərəblərlə danışıq aparır. Federasiyanın oyunların 6 mövsüm Səudiyyə Ərəbistanında keçirilməsini təklif etdiyi bildirilir.
Müqavilənin məbləği bir mövsüm üçün 30 milyon avro nəzərdə tutulub. Bu isə federasiyanın 6 ilə 180 milyon avro qazanacağı deməkdir.
Qeyd edək ki, İspaniya superkuboku ötən il Mərakeşdə keçirilib.