Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pulunuzun miqdarının artması və borca düşməmək üçün...

Pulunuzun miqdarının artması və borca düşməmək üçün...

Tarix: 19 Sentyabr 2020 09:00

Pul xərcləmək barədə bəzi məsləhətlərə qulaq asmaq sizin maddi vəziyyətinizi ağırlaşmamasına səbəb ola bilir. Pul xərcləyən zaman bəzi vərdişlər insanın maddi vəziyyətini aşağı sala bilir. Yazılan məsləhətlərə qulaq asın və siz də səhv edərək qurbana çevrilməyin. Pul xərclədikdə isə diqqətli olun və fikirləşin. Çünki, yığılan borcların əksəriyyəti insanların boşuna pul xərcləməsindən əmələ gəlir. Bunun baş verməməsi üçün isə alış-verişə gedərkən diqqətli olmaq və darıxdığınız zaman alış-verişə getməməkdir. Çünki, bu zaman siz ürəyiniz istəyən şeyi alır və artıq pul xərcləmiş olursunuz. Çoxlu pul xərcləyərək borca düşmək isə ən çox alış-verişə həvəskar olan adamlarda baş verir. Əgər siz alış-veriş mərkəzinə gedəcəksinizsə, o zaman nəyi alacağınızı dəqiq fikirləşin, qəti qərarlaşın və bununla da artıq malları alaraq əlavə pul xərcələməyin. Əgər mağazada xoşunuza gələn bir şey varsa, o zaman həmin malı tez bir anda almayın, sabahı günə saxlayın.
Satışın texnikası ilə yaxından tanış olun
Bir çox şirkətlər müxtəlif vasitələrlə sizə lazım olmayan əşyaları sizə satmağa çalışır. Onlar satışa stimul olsun deyə 50% endrim kompaniyası təklif edirlər. Əslində bu endirim satıcılar tərəfindən edilən bir fədakarlıq deyil, sadəcə olaraq bu sözü işlədərək onlar alıcını şirnikləndirmək istəyirlər.
Alıcıların diqqətini cəlb edən başlıqlardan biri də  budur: "İki mal birinin qiymətinə".  Ekspertlər əgər satılan mala ehtiyac yoxdursa o zaman satıcıya qulaq asmamağa və endrim kompaniyası ilə bağlı olan cağırışlara qulaq asmamağı tövsiyə edir. Satıcının toruna düşməmək üçün onun şirin dilinə aldanmamaq və təkliflərinə boyun əyəməmək lazımdır.
Bəzən elə mağazalar olur ki, orada satılan malların qiyməti digər mağazalarda satılan malların qiymətindən baha olur. Bu heç də həmin malın keyfiyyətli olmasından xəbər vermir. Ən çox bu hallar kreditlə mallar satılan mağazalarda rast gəlinir. Bu mağazalar isə keyfiyyət bəhanəsilə alıcıdan artıqlaması isə pul qoparırılar. Mütəxəssislər satıcıların şirin dilinə aldanmayanların kasıb olma şansının daha aşağı olduğunu vurğuylayırlar.
Bu düşüncələri diqqətdə saxlasanız və məsləhətləri dinləsəniz sizin maliyyə durumunuz elə də aşağı düşməz. Bu məsləhətlər hər şeyə göz yumaraq alver etməməyinizə deyil, kasıb düşməməyiniz üçündür. Çünki, bu deyilənlərə əməl edərək siz irəli gedə və maddi vəziyyətinizi düzəldə bilərsiniz.
Özünüzə pula qənaət etmək üçün plan hazırlayın.
İnsan 20 yaşında pula qənaət edə bilmir. Bu dövrdə insan əlində olan pulu sağa-sola xərcləmək və əylənmək istəyir. Amma, gələcəkdə insana pul lazım olduğuna görə mütləq pul yığmağı bacarmaq lazımdır. Əgər pul yığmağa başlamağı gecikdrsəniz o zaman sizin üçün gec ola bilər. Siz pul yığmağa nə qədər tez başlasanız sizin üçün bir o qədər yaxşı olar. Bunun üçün isə aylıq maaşınızdan və gündəlik gəlirlərinizdən az miqdar yığmağa başlayın.
Qənaəti öz həyatınızın varlı olması üçün edin
Dünyanın ən məşhur milyarderləri də öz pullarının miqdarından razı deyillər. Onlar oz pullarının miqdarlarının daha da artıq olmağını arzulayırlar. Onların pullarının çox olmasına baxmayaraq yenə də pul xərcləyəndə narahat olurlar.
Ekspertlər insan həyatının pula qənaət edərək keçirməyinin əleyhinədirlər, onlar sadəcə olaraq borca düşməmək üçün gəlirlə, xərclənəcək pulların balanslaşmasını məsləhət bilirlər. Bu isə insanın borca düşməməsinə səbəb olan bir amildır.
Dostlarınıza pul xərcləyəndə diqqətli olun
Siz öz pullarınızın sizin dostluqlarınıza, həyatınıza mənfi təsir etməsinə yol verməyin. Əksər hallarda insanlar maliyyə problemlərinin dostları səbəbindən baş verdiyini söyləyirlər. Yəni onların qüruru ağır vəziyyətdə olan yaxın adamına yardım etməməyə icaz vermir. Onlar yaxınlarına yardım etməklə büdcələrinə zərər vururlar. Ekspertlər isə bunu adət halına gətirməyi məsləhət bilmirlər. Çünki, daima kiməsə maliyyə yardımı etmək insanların maliyyə problemlərinin əmələ gəlməsinə səbəb ola bilər.
Bəzi insanlar özlərinin pulları ilə xərclədiklərini müqayisə edir və ona uyğun hərəkət edirlər. Bu zaman onların maddi cəhətdən problemləri olmur və onlar daima irəli gedən insanlardan olurlar.


Etiketlər:  Pulunuzun miqdarının artması borca düşməmək üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ