Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)

Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)

Tarix: 19 Sentyabr 2020 14:36

Bakı. Samir Əli - Trend:

Oğuz rayonu Tərkeş kəndində heyvanların tələf olması ilə bağlı Aqrar Xidmətlər Agentliyinə (AXA) müraciət daxil olub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin nümayəndələri operativ reaksiya verərək hadisə baş verən təsərrüfatda olub, baytar mütəxəssisləri təsərrüfata baxış keçiriblər.

Ölmüş heyvanların daxili orqanlarından və möhtəviyyatından, ərazidəki ot bitkilərindən nümunələr götürələrək Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına göndərilib. Heyvanlara ilkin baytarlıq yardımından sonra zəhərlənmənin qarşısı alınıb.

Təsərrüfat sahiblərinə heyvanların saxlanılması və bəslənilməsinə dair tövsiyələr verilib.
Hazırda zəhərlənmiş heyvanların müalicəsi davam etdirilir. Təsərrüfatda vəziyyəti nəzarətdə saxlamaq üçün yerli baytar mütəxəsislər müvafiq tapşırıqlar alıblar.

Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO) - Gallery Image Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO) - Gallery Image


Etiketlər:  Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ