Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 15:15
Bir müddət öncə boşanma xəbərləri ilə gündəmə gələn bloger Aysel Şükür ayrıldığı həyat yoldaşı Oqtay barədə paylaşım edib.
Sonxeber.net big.az-a istinadla xəbər verir ki, Aysel Oqtaydan boşanmasına rəğmən hələ də Oqtayı sevdiyini etiraf edib:
"Səninlə bağlı ağlımdakıları təsadüfi bir anda xatırlamaqdan qorxar olmuşam artıq. Öyrəşdim dediyim bir vaxtda sənin ağlıma gəlməyin hələ də mənə yaxşı təsir etmir desəm tam yeridi. Səhv başa düşmə, səndən nifrət etmərəm əsla, amma səni hələ də sevməyim məni məhv edir. İndilik sadəcə zamanın mənə yaxşı gəlməsini istəyirəm, biraz zamana hətta çoxca zamana ehtiyacım var. Sənin üçün darıxmamağa çalışıram, lakin olmur. Bacarmıram. Və bəzən üzünə baxıb səndən səni sevdiyim üçün üzr istəmək keçir içimdən. Amma "eybi yox" deyərsən deyə əl çəkirəm bu düşüncəmdən. Kimsəsi olmayan, hara gedəcəyini bilməyən bir insan kimi öz yerimdə fırlanıram. Amma yenə də hərşeyə rəğmən canın sağ olsun".
Qeyd edək ki, cütllüyün iki əkiz oğul övladı var. Boşanmalarına səbəb xəyanət olduğu iddia olunurdu.