Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xəzəri qoruyaq'' adlı təmizlik aksiyaları keçirilib (FOTO)

''Xəzəri qoruyaq'' adlı təmizlik aksiyaları keçirilib (FOTO)

Tarix: 19 Sentyabr 2020 16:51

Bakı. Samir Əli - Trend:

19 sentyabr 2020-ci il tarixində Bakı və Sumqayıt şəhərinin 20 çimərlik ərazisində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyaları keçirilib.

Trend-in məlumatına görə, "ASAN xidmət", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Coca-Cola” şirkəti və ASAN könüllülərinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazilər tullantılardan təmizlənib.

Tədbirin tərəfdaşları qismində “PASHA Bank” və “Bakcell” şirkəti yer alıb.

Aksiyaların keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq bütün iştirakçılar tibbi maska və antiseptik vasitələlə təmin olunublar və aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil olunub.

Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır.

Son 30 il müdətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabr ayının üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyir.

Xatırladaq ki, 5 avqust tarixindən etibarən fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib.

Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Eyni zamanda "ASAN xidmət" tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət təmin edilib.


Etiketlər:  Xəzəri qoruyaq adlı təmizlik aksiyaları keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ