Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şeydayev klubunu dəyişir - paytaxta köçür

Şeydayev klubunu dəyişir -  paytaxta köçür

Tarix: 1 Iyul 2019 10:28

Millimizin üzvü Ramil Şeydayev klubunu dəyişə bilər.

Qol.az "Sport-Express"ə istinadən xəbər verir ki, "Krılya Sovetov"un 23 yaşlı hücumçusu Moskva "Dinamo"su ilə anlaşıb.

Samara təmsilçisi ilə müqaviləsi başa çatan futbolçunun paytaxt klubunda tibbi müayinədən keçəcəyi bildirilir. Xəbərdə "Dinamo"nun azad agent statusu olan Şeydayevin keçidini həll etdiyi qeyd olunub.

Şeydayev ötən mövsüm Rusiya Premyer Liqasında 18 oyuna çıxıb və 4 qol vurub.

 


Etiketlər:  Şeydayev klubunu dəyişir paytaxta köçür


RƏYLƏR