Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan idman sahəsində İrana kömək edə bilər

Azərbaycan idman sahəsində İrana kömək edə bilər

Tarix: 1 Iyul 2019 11:04

Bakı. Elnur Bağışov - Trend:

Azərbaycan İranın Ərdəbil vilayətində idmanın inkişafına kömək edə bilər.

Trend-in məlumatına görə, bunu İranın qərbində yerləşən Ərdəbil vilayətinin idman və gənclərin məsələləri üzrə idarəsinin baş direktoru Bəhram Ağaxani deyib.

B.Ağaxaninin sözlərinə görə, Ərdəbil vilayətinin məsul şəxsləri avqust ayında Azərbaycana səfər edəcək və ikitərəfli əməkdaşlıq sahələrini araşdıracaqlar.

Ağaxani əlavə edib ki, əməkdaşlıq İran və Azərbaycanda ağır atletikanın inkişafına öz töhfəsini verəcək.

Xatırladaq ki, Azərbaycan və İranın Ərdəbil vilayəti arasında ağırlıqqaldırma idmanının inkişafı istiqamətində əməkdaşlıq müqaviləsi imzalanıb. İranın Ərdəbil vilayətinin valiliyində keçirilən imzalanma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov, Ərdəbil valisinin siyasi və təhlükəsizlik məsələlər üzrə müavini Behruz Nedayi, vilayətin idman və gənclərin məsələləri idarəsinin baş direktoru Bəhram Ağaxani və Ərdəbil vilayəti Ağırlıq Qaldırma Cəmiyyətinin rəhbəri Şahin Əsbəqian iştirak ediblər.

Anlaşmaya əsasən iranlı idmançılar, məşqçilər və hakimlərin təcrübə mübadiləsi üçün Azərbaycana ezam olunmasına şərait yaradılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan idman sahəsində İrana kömək edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ