Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 05:20
Bakı. Trend:
Filippin sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə isitnadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Butuan şəhərindən 133 kilometr şimal-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.