Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda sürüşmə ərazisindəki yolda hərəkət bərpa olunub

Lənkəranda sürüşmə ərazisindəki yolda hərəkət bərpa olunub

Tarix: 24 Aprel 2019 15:12

Bakı. Samir Əli - Trend:

Lənkəran rayonunda Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun hərəkət hissəsində ciddi problem yoxdur.

Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, intensiv yağışlar nəticəsində yolun yerləşdiyi hissədə yamacda torpaq sürüşməsi nəticəsində torpaq axını yolun hərəkət hissəsinə tökülüb: "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yolun hərəkət hissəsi torpaqdan təmizlənib. Sel suları yolun çiyin hissələrində müəyyən yerləri yuyub. Həmin hissələrin bərkidilməsinə ehtiyac var. Hazırda agentliyin əməkdaşları ərazidədir. Gün ərzində bərkitmə işləri başa çatdırılacaq. Yolun hərəkət hissəsində, asfaltda heç bir çat və ya sürüşmə yoxdur.

Xatırladaq ki, aprelin 23-də Lənkəran rayonunda 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun son 6 kilometrində, Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan yolun yerləşdiyi ərazidə uçqunlar olub.

Yolboyu bir neçə yerdə, yamaclarda torpaq sürüşmələri baş verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Lənkəranda sürüşmə ərazisindəki yolda hərəkət bərpa olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ