Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 18:34
“Sabah”ın futbolçuları Xulio Rodriqes və Kevin Kubemba üçün Azərbaycan Premyr Liqasının 3-cü turunda "Zirə" ilə oyun (2:0) əlamətdar olub.
Qol.az klubun saytına istinadən xəbər verir ki, sözügedən görüşdə fərqlənən oyunçular “Sabah”ın heyətində rəsmi görüşlərdə ilk qollarını vurublar. Onlar komandada qol hesabını açmaları barədə danışıblar.
K.Kubemba ilk qolunu vuraraq komandanın qalib gəlməsində rol oynadığına görə xoşbəxt olduğunu deyib: "Meydana çıxanda fərqlənmək üçün şansım olacağını bilirdim. Tanrıya şükür, bu fürsətdən yararlana bildim”.
Xulio Rodriqes isə vurduğu qolla bağlı bildirib: “Sabah”da ilk qolumu vurduğuma görə çox xoşbəxtəm. Ancaq məni bundan da çox sevindirəm məqam komandamın qələbəsinə töhfə verməyim oldu”.
Xulio oyuna start heyətində başlayıb sona kimi meydanda olub. Kevin isə görüşün 87-ci dəqiqəsində əvəzetmədən oyuna çıxıb.
Qeyd edək ki, bu günə kimi “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 21 futbolçu qol vurmağa nail olub. Komandanın heyətində yüksək liqada ən çox qol vurmuş futbolçu Marko Deviçdir (9 qol).