Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 18:56
“Sevilya”nın futbolçusu İvan Rakitiç Xorvatiya millisindəki karyerasını başa vurub.
Qol.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Rakitiç 2007-ci ildən dəvət olunduğu Xorvatiya yığmasının heyətində 106 matça çıxıb və 15 qol vurub. 32 yaşlı yarımmüdafiəçi milli komanda ilə 2018-ci il dünya çempionatının gümüş mükafatçısı olub.