Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 21:28
Yaxın zamanlarda Azərbaycanda startapların inkişafı sahəsində əsas prioritet adekvat strategiyaların hazırlanması və pandemiyanın təsirlərinin azaldılması olacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı Britaniya Şurası ilə birgə keçirilən "COVID-19 pandemiyası dövründə startap hərəkatı: çağırışlar və imkanlar" mövzusunda konfrans zamanı deyib.
Onun sözlərinə görə, pandemiya digər sahələrlə yanaşı, ölkədəki startapları da yeni reallıqlarla qarşı-qarşıya qoydu:
"Azərbaycanda maliyyə texnologiyaları sahəsində startapların inkişafının stimullaşdırılması məqsədilə böyük iş aparılır".
O bildirib ki, ölkədə məqsədi mentor və konsaltinq xidmətləri göstərmək, eləcə də startaplara biznes-planların hazırlanması və müvafiq sənədlərin rəsmiləşdirilməsi üzrə əməliyyatların aparılmasında kömək göstərmək olan inkubator və akseleratorlar yaradılıb.