Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 23:20
Bakı. Ceyhun Ələkbərov - Trend:
İqtisadi artım ölkəmizin qarşısnda əsas hadəflərdən biridir və bunla yanaşı iqtisadi inkişaf da əsas məqsədlərdən biridir.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Trend-in "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.
Onun sözlərinə görə, iqtisadi artıma nail olmaq daha asandır, ancaq iqtisadi inkişa çox güclü, mərhələli bir proses istəyir:
"Fikir verdinizsə iqtisadi şuranın tərkibində sosial siyasəti də özündə əhatə edən insusional orqan yer aldı. Bu iqtisadi inkişafın göstəricisi isitqamətində atılan addımdır. Çünki iqtisadi artım kəmiyyət nöqtəsi nəzərdən, istehsalın artımı, ixracın formalaşdırılması, ölkədə dövriyənin istənilən istiqamətdə, həm bank kreditləşməsi və digər yönlərin artırılması hər tərəfli xidmət edə bilər.
Milli istehsal ixrac yönümlü olacağı təqdirdə ölkəmizə valyuta gətirəcək və bu valyuta da təbii ki, ölkəmizə post pandemiya dövründə mütləq və əhəmiyyətli şəkildə gərəklidir və lazımdır. Bu baxımdan istehsal önəmlidir və bu istehsal ölkəmizin gələcək dövrlərdə həm ümüdaxili məhsulun artmasında, milli gəlirimizin formalaşmasında və ölkəmizin qarşıdakı illərdə dayanıqlı iqtisadi artıma getmək yolunda bilavasitə dəstək göstərəcək".
Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.