Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN-in həbsdə olan sabiq idarə rəisi məhkəməyə müraciət etdi

XİN-in həbsdə olan sabiq idarə rəisi məhkəməyə müraciət etdi

Tarix: 22 Sentyabr 2020 10:51

Bakı. Samir Əli - Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət verib.

Trend-in məlumatına görə, vəsatət Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib.
Vəsatətə bu gün baxılacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılan F. Bağırov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  XİN həbsdə olan sabiq idarə rəisi məhkəməyə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ