Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirlik təlimdən görüntülər yaydı - VİDEO - FOTO

Nazirlik təlimdən görüntülər yaydı - VİDEO - FOTO

Tarix: 22 Sentyabr 2020 14:00

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir.

Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Milli.Az


Etiketlər:  Nazirlik təlimdən görüntülər yaydı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ