Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı metropolitenində sərnişin sayı azalıb

Bakı metropolitenində sərnişin sayı azalıb

Tarix: 22 Sentyabr 2020 19:00

Bakı metropolitenində gündəlik sərnişin sayı azalıb.

Sonxeber.net bilidirir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Bakı metropolitenində gün ərzində orta hesabla ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşınır:

"Məlumdur ki, ölkəmizdə yeni növ koronavirus ("COVID-19") pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilir. Sentyabr ayında bir qayda olaraq, yeni tədris mövsümü başlanır və fəal istirahət dövrü başa çatır. Sərnişindaşımanın azalmasının səbəbi bu il tədris mövsümünün yeni qaydalar üzrə başlanması, eləcə də idarə, müəssisə və təşkilatların işinin müəyyən edilmiş qaydalara uyğun tənzimlənməsidir".

B.Məmmədov qeyd edib ki, mövcud şəraiti və tələbləri nəzərə alaraq, Bakı metropolitenində sərnişinlərin ictimai nəqliyyatda metodiki göstərişlərin tələblərinə riayət etməsinin, xüsusilə də sosial məsafənin qorunmasının təmin edilməsi məqsədilə qatarların hərəkəti ən optimal hərəkət qrafikinə uyğun tənzimlənir, metropoliten gücləndirilmiş iş rejimi şəraitində çalışır.


Etiketlər:  Bakı metropolitenində sərnişin sayı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ