Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 11:06
Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi Ramin Rzayev “Həkim məsləhəti” rubrikasında "Zədələnmiş ön çarpaz bağının bərpası mütləqdirmi?” sualını cavablandırıb.
Diz oynağının daxilində və mərkəzində bud və qamış sümüklərini birləşdirən çarpaz şəkildə yerləşmiş öndə olan bağ ön çarpaz bağ, arxada yerləşmiş bağ arxa çarpaz bağ adlanır. Ön çarpaz bağ dizin normal funksiya görməsi üçün vacib sabitləyici bağlardan biridir.
Ön çarpaz bağı qalın, yetərincə möhkəm olub diz oynağında burxulmaların, baldırın önə doğru normadan artıq yerdəyişməsinin qarşısını alır. Ön çarpaz bağı adətən idman travmaları zamanı vücudun bir diz üzərində kəskin hərlənməsi nəticəsində - yəni bağ sabit ayaq üzərində dayanarkən bud sümüyünün qamış sümüyü üzərində ani dönməsi nəticəsində zədələnir. Bağın qopmasının təyini kliniki və Maqnit Rezonans Tomoqrafiyası müayinələrinin aparılması ilə dəyərləndirilir.
Xəstələr bağın zədələnməsindən sonra diz oynağında tez-tez burxulma, boşalma hissi, gücsüzlük və qeyri-stabillik kimi simptomları ilə bizə müraciət edirlər. Ön çarpaz bağı zədələnmiş diz oynağında şikayəti olan gənc insanlarda və idmançılarda bağın bərpası vacibdir. Bunun üçün qapalı - artroskopik yolla icra edilen müasir müalicə üsulları mövcuddur.
Bu zədənin konsonservativ müalicə üsulları ilə bərpası qeyri-mümkündür. Xəstənin yaşı 45-dən yuxarıdırsa, diz oynağının çəkilmiş rentgen müayinəsində artroz əlamətləri müşahidə edilirsə ön çarpaz bağının bərpası məsləhət görülmür.