Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 11:08
Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları davam edir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu gün daha 3 oyun keçiriləcək. 3-cü təsnifat mərhələsində "Qarabağ"a qalib gələrək (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası 6:5) pley-offa yüksələn "Molde" "Ferensvaroş"u qəbul edəcək. Digər görüşlərdə "Dinamo" "Gent"in, "Omoniya" "Olimpiakos"un qonağı olacaq. Bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Bu mərhələnin cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.
23 sentyabr
Çempionlar Liqası
Pley-off, ilk oyunlar
23:00. "Gent" (Belçika) - "Dinamo" (Ukrayna)
23:00. "Molde" (Norveç) - "Ferensvaroş" (Macarıstan)
23:00. "Olimpiakos" (Yunanıstan) - "Omoniya" (Kipr)
22 sentyabr
23:00. "Krasnodar" (Rusiya) - PAOK (Yunanıstan) - 2:1
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Zalsburq" (Avstriya) - 1:2
23:00. "Slaviya" (Praqa, Çexiya) - "Midtülland" (Danimarka) - 0:0