Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apple”ın rəhbəri şirkətin distant iş rejiminə uğurlu keçidi haqqında məlumat verib

“Apple”ın rəhbəri şirkətin distant iş rejiminə uğurlu keçidi haqqında məlumat verib

Tarix: 23 Sentyabr 2020 11:51

Koronavirus pandemiyası dövründə bir çox şirkətlər öz əməkdaşlarını distant iş rejiminə keçiriblər. Belə təcrübənin nə dərəcədə uğurlu olması barədə məlumatlar artıq internetdə dərc edilir. Məsələn, “Apple”ın rəhbəri Tim Kuk şirkətin distant iş rejiminə uğurlu keçidi haqqında məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “The Atlantic Festival” tədbirində Tim Kuk tərəfindən verilmiş müsahibədə çox maraqlı fikirlər söylənilib. O deyib ki, “Apple”ın işçilərinin distant iş rejiminə keçməsinə baxmayaraq, şirkət yeni nəsil qurğularını (“iPad” və “Apple Watch”) təqdim etməyə müvəffəq olub. Bundan başqa, ABŞ şirkətinin rəhbəri, həmçinin rəhbərliyin əməkdaşların bir hissəsinin daimi olaraq distant iş rejiminə keçirilməsi imkanının nəzərdən keçirilməsi barədə məlumat verib.

 

Emil Hüseynov




Etiketlər:  Appleın rəhbəri şirkətin distant rejiminə uğurlu keçidi haqqında məlumat verib


RƏYLƏR