Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 08:54
Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu gün daha 3 oyun keçirilib. 3-cü təsnifat mərhələsində "Qarabağ"a qalib gələrək (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası 6:5) pley-offa yüksələn "Molde" "Ferensvaroş"u (Macarıstan) qəbul edib. Oyunda qapılara 6 qol vurulub - 3:3. Digər görüşlərdə "Dinamo" "Gent"in, "Omoniya" "Olimpiakos"un qonağı olub.
Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Bu mərhələnin cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.
23 sentyabr
Çempionlar Liqası
Pley-off, ilk oyunlar
23:00. "Gent" (Belçika) - "Dinamo" (Ukrayna) - 1:2
Qollar: Kleyndienst, 41 - Supriaqa, 9, de Pena, 79
23:00. "Molde" (Norveç) - "Ferensvaroş" (Macarıstan) - 3:3
Qollar: Ceyms, 55, Eykrem, 65, Ellinqsen, 83 - Boli, 7, Uzuni, 52, Xaratin, 87
23:00. "Olimpiakos" (Yunanıstan) - "Omoniya" (Kipr) - 2:0
Qollar: Valbuena, 69 (pen.), əl-Arabi, 90+2
22 sentyabr
23:00. "Krasnodar" (Rusiya) - PAOK (Yunanıstan) - 2:1
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Zalsburq" (Avstriya) - 1:2
23:00. "Slaviya" (Praqa, Çexiya) - "Midtülland" (Danimarka) - 0:0