Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 17:36
Gələn il üçün buraxılış imtahanlarında xarici dildən danışma qabilliyyətinin yoxlanılması nəzərdə tutulurdu, amma hələlik biz bunu həyata keçirə bilməyəcəyik.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, xarici dildən danışma qabilliyyətinin yoxlanılması üçün texniki və maliyyə vəsaiti tələb olunur:
"Bilirsiz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə aparılacaq. Buna cəmiyyət də hazır olmalıdır. Bizim üçün vacibdir ki, monitorinq imtahanları keçirək. Təəssüf ki,bu il pandemiya ilə əlaqədar 5-6-7-8- ci siniflərdə monitorinq imtahanları keçirə bilmədik".