Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 03:34
Bakı şəhərinin qəsəbələrinin yenidən qurulması işləri çərçivəsində Balaxanıdan sonra sırada Bibiheybət durur. Ötən gün Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdə də dedi ki, ikinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır.
Hazırda Bibiheybətdə yenidənqurma və abadlıq işləri davam edir. Görülən işlər bu qəsəbənin də həm yerli sakinlərin, həm də xarici turistlərin böyük marağına səbəb olacağını deməyə əsas verir.
Sonxeber.net AZƏRTAC-a istinadən Bibiheybətdə görülən yenidənqurma işlərini əks etdirən fotoları təqdim edir.