Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın Avroliqadakı rəqibi müəyyənləşdi

''Qarabağ''ın Avroliqadakı rəqibi müəyyənləşdi

Tarix: 25 Sentyabr 2020 08:24

Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları keçirilib.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, bu mərhələnin də qalibi bir oyunun nəticəsində müəyyənləşib.

UEFA Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalan Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bu gün bilinib. Ağdam təmsilçisi "Legiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi ilə qarşılaşmalı idi. Rəqibi üzərində inamlı qələbəyə sevinən Polşa təmsilçisi "Qarabağ"ın rəqibi olub.
 
Püşkə əsasən Azərbaycan təmsilçisi pley-off qarşılaşmasını rəqib meydanında - Polşada keçirməli olacaq.
 
UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi
23 sentyabr
 
Legiya (Polşa) - Drita (Kosovo) 2:0
Qol: Vşolek, 24. Pekhart, 43.


Etiketlər:  Qarabağın Avroliqadakı rəqibi müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ