Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 12:27
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakının mərkəzində tavanı çökmüş bina bərpa edilib.
Bu barədə Trend-ə Nəsimi rayon Mənzil-Kommunal İstismar Sahəsindən (MKİS) bildiriblər. Qeyd olunub ki, yaxın vaxtlarda mənzil sahibinə təhvil veriləcək:
"Nizami küçəsi, 105 ünvanında tavanı çökən binada bütün lazımı materiallar alındıqdan sonra işlər görüldü və artıq yekunlaşıb. Hazırda çökən yerə isə beton tökülüb. Beton quruyandan sonra ev təhvil veriləcək".
Qeyd edək ki, sözügedən ərazidə binanın tavanının çökməsi nəticəsində bir evə ziyan dəymişdi. Hadisə zamanı mənzildə yaşayan olmayıb.