Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çəkiliş zamanı halı pisləşib xəstəxanaya yerləşdirildi

Çəkiliş zamanı halı pisləşib xəstəxanaya yerləşdirildi

Tarix: 25 Sentyabr 2020 15:55

Rejissor-aktyor Ramin Hacıyevin çəkiliş zamanı halı pisləşib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ürəyində problem yaranan Ramin həkim müdaxiləsindən sonra evə buraxılıb.

Bunla bağlı sözügedən sayta açıqlama verən rejissor bildirib ki, çəkiliş prosesində yaşanan problemlər onu bu həddə gətirib:

"Yaxşı deyildim, təcili yardım çağırdım, sağ olsunlar, yarım saata gəldilər. Xəstəxanaya getdim, sonra evə buraxıldım. Çəkilişlər ağır gedir, vaxt çatmır, səhvlər olur... Bütün buna əsəbiləşirsən və ürəyə vurur.

Daun sindromlu uşaqlar haqqında serial çəkirəm. Çox ağır mövzu və işdir. Dünyada bu mövzuda serial yoxdur, ancaq film çəkilib. Serialın qəhrəmanı Əli adlı daun sindromlu uşaqdır. Elə başa düşülməsin ki, uşağa görə əsəbiləşirəm. Yox, digər proseslər əsəbləşdirir. Yaxın günlərdə "Xəzər TV"də yayımlanacaq".  


Etiketlər:  Çəkiliş zamanı halı pisləşib xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ