Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 03:20
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Moldova Prezidenti İqor Dodon arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.
Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Türkiyə-Moldova əlaqələrinin genişləndirilməsi və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.
Söhbət zamanı T.Ərdoğan Türkiyə ilə Moldova arasındakı münasibətləri strateji tərəfdaşlıq ruhunda hərtərəfli inkişaf etdirmək əzmini dilə gətirib.