Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Google Pixel 5” smartfonunun xüsusiyyətləri təqdimatdan öncə məlum olub

“Google Pixel 5” smartfonunun xüsusiyyətləri təqdimatdan öncə məlum olub

Tarix: 26 Sentyabr 2020 19:16

"Google"un yeni qabaqcıl smartfonu haqqında ətraflı məlumatlar onun rəsmi təqdimatından bir həftə öncə internetdə yayılıb. "WinFuture" nəşri insayder informasiyasına istinad edərək "Google Pixel 5" cihazının texniki xüsusiyyətləri haqqında dərc edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Pixel 5" aparatı "Snapdragon 765G" prosessoru ilə təchiz edilib və beşinci nəsil mobil şəbəkələrində işi dəstəkləyəcək. 8 QB əməli yaddaş, 128 QB daxili yaddaşa malikdir.

2340x1080 piksel təsvir ölçülü 6 düymlük OLED displeylə təchiz edilmiş "Pixel 5" smartfonu təsviri 90 hers tezlikdə yeniləyə biləcək, 8 mp-lik ön kamera isə matrisə yerləşdirilib. Əsas kamera modulu iki sensora malikdir - 12,2 mp-lik əsas və 16 mp-lik super genişbucaqlı. Smartfon sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4080 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək.


Etiketlər:  Google Pixel smartfonunun xüsusiyyətləri təqdimatdan öncə məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ