Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Instagram” istifadəçilərini izləyən təhlükəli boşluq aşkarlanıb

“Instagram” istifadəçilərini izləyən təhlükəli boşluq aşkarlanıb

Tarix: 29 Sentyabr 2020 08:44

"Check Point" şirkətinin mütəxəssisləri "Instagram"da sosial şəbəkə istifadəçilərini izləməyə imkan verən təhlükəli boşluq aşkarlayıblar. Bunun üçün qurbana xüsusi fotoşəkilin göndərilməsi kifayət edib. Bu barədə kibertəhlükəsizlik sahəsində ixtisaslaşan şirkətin bloqunda deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, boşluq fotoşəkilin "Mozjpeg" kodlayıcısı vasitəsilə qurğudan proqrama yüklənilməsi prosesində aşkarlanıb. Sərbəst yayılan proqramda boşluq üzə çıxıb.  
 
Bildirilir ki, hücumun həyata keçirilməsi üçün hakerlər qurban tərəfindən smartfonda saxlanılacaq xüsusi foto göndərirlər. Kibertəhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, səhv cinayətkarlara "Instagram" hesabı və s. üzərində nəzarəti ələ keçirməyə imkan verib. Proqram daxilində hakerlər məlumat və fotoşəkillərə çıxış, statusu yazmaq və pozmaq imkanı əldə ediblər. Bundan başqa, hakerlər "smartfonu casusluq qurğusuna çevirmək" imkanına malik olublar. Çünki boşluq smartfonun kontaktlar siyahısına, kamera və gelokasiyasına çıxışa şərait yaradıb.
 
"Check Point" nümayəndələri qeyd edib ki, sosial şəbəkənin sahibi "Facebook" şirkəti problem barədə məlumatlandırıldıqdan sonra səhvi aradan qaldıran yeniləmə buraxılıb. Lakin boşluq proqramın sonuncu versiyasını quraşdırmayan istifadəçilərdə hələ də mövcuddur.


Etiketlər:  Instagram istifadəçilərini izləyən təhlükəli boşluq aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ