Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 14:08
Dağlıq Qarabağda baş verən hadisələr UEFA Millətlər Liqasının təqviminə təsir etməyəcək.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu qitə futbol qurumu Rusiyanın news.ru saytının sorğusuna əsasən açıqlayıb.
UEFA-dan bildirilib ki, hərbi vəziyyətə baxmayaraq Azərbaycan və Ermənistan yığmalarının oktyabr ayında keçiriləcək görüşlərinin öncədən planlaşdırıldığı şəkildə təşkil olunacaq: "UEFA vəziyyəti diqqətlə izləyir və qarşıdakı bütün oyunların təqvimə uyğun keçirilməsi planlaşdırılır".
Qeyd edək ki, Azərbaycan millisi Bakıda növbəti ev oyununu oktyabrın 13-də Kiprə qarşı keçirəcək. Ermənistan isə bundan iki gün əvvəl Gürcüstanı qəbul edəcək.