Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Benfika'' prezidenti həbs edilə bilər

''Benfika'' prezidenti həbs edilə bilər

Tarix: 7 Oktyabr 2025 17:40

"Benfika" prezidenti Rui Kosta sanksiyalara zidd pul köçürməsinə görə məhkəməyə çağırılıb

Sonxeber.net xəbər verir ki, Portuqaliyanın "Benfika" klubunun prezidenti Rui Kost, Rusiyanın "Lokomotiv" klubundan aldığı 76 min avro məbləğində pul köçürməsi ilə bağlı məhkəməyə çağırılıb.

Bu əməliyyat 2023-cü ildə argentinalı müdafiəçi German Kontinin "Lokomotiv"ə transferi zamanı həyata keçirilib.

İstintaqın məlumatına əsasən, köçürmə Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozur. Rui Kosta iyul ayında ifadə verməli olsa da, görüşün tarixini təxirə salıb.

Məsələyə bank tərəfindən diqqət çəkilib və əməliyyat prokurorluq tərəfindən dayandırılıb. Qərara əsasən, məbləğ göndərən tərəf - "Lokomotiv" klubuna geri qaytarılıb.


Etiketlər:  Benfika prezidenti həbs edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ