Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FIFA Ermənistanı cərimələdi

FIFA Ermənistanı cərimələdi

Tarix: 8 Oktyabr 2025 01:26

FIFA Ermənistan Futbol Federasiyasını cərimələyib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurum 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi ilə bağlı açıqladığı intizam qərarında məlumat yayıb.

Bildirilib ki, Ermənistan Futbol Federasiyası sentyabr ayında keçirilən oyunlarda baş verən qayda pozuntularına görə 13 min İsveçrə frankı (təxminən 16 min 250 ABŞ dolları) məbləğində cərimələnib.

Ali futbol qurumu Portuqaliya ilə qarşılaşmada qeydə alınan pozuntuları da qeyd edib. Buraya komanda tərəfindən edilən qayda pozuntuları, oyun zamanı intizam və təhlükəsizlik qaydalarının pozulması, meydançaya icazəsiz daxil olma və ya buna cəhd, həmçinin fişəng və digər predmetlərin istifadəsi daxildir.

Qeyd edək ki, Ermənistanın İrlandiya ilə oyunda da intizam və təhlükəsizlik qaydalarının pozulduğu, fişəng və digər predmetlərin istifadə olunduğu müəyyən edilib. FIFA-nın qərarına əsasən, bəzi hallarda qərarların apellyasiya qaydasında şikayət edilməsi mümkündür.


Etiketlər:  FIFA Ermənistanı cərimələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ