Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konsul Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti şərh edib

Konsul Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti şərh edib

Tarix: 29 Sentyabr 2020 16:45

Azərbaycanın Yekaterinburq şəhəridəki baş konsulu İlqar İsgəndərov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyəti şərh edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu gün Azərbaycanda digər ölkələrin fəaliyyətinə müdaxilə etməyə Rusiyanın mövqeyinə hörmət bəslənilir. Konsulun sözlərinə görə, hərbi əməliyyatlara Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində irəliləyişin olmaması gətirib çıxarıb.

İ.İsgəndərov əlavə edib ki, hazırda ən vacib məqam münaqişənin Ermənistan və Azərbaycanın sərhədlərindən kənara çıxmaması və Rusiyadakı etnik icmaların mümkün qarşıdurmalarının qarşısının alınmasıdır.

Konsul əlavə edib ki, Sverdlovsk vilayətində yaşayan çoxlu sayda azərbaycanlı hərbi əməliyyatlarda iştirak etmək məqslədilə Azərbaycana getmək üçün müraciət edir.


Etiketlər:  Konsul Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti şərh edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ