Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yağışlar Kürü bulandırdı - Bu ərazilərdə suyun verilməsində məhdudiyyət olacaq (SİYAHI)

Yağışlar Kürü bulandırdı - Bu ərazilərdə suyun verilməsində məhdudiyyət olacaq (SİYAHI)

Tarix: 2 Iyul 2019 14:36

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-dən bildirilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Etiketlər:  Yağışlar Kürü bulandırdı Bu ərazilərdə suyun verilməsində məhdudiyyət olacaq SİYAHI


RƏYLƏR