Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 17:12
"Yaralandığım və doğulduğum Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edildi. Çox sevinirəm, əsgərləmizə dəstəyəm".
Sonxeber.net azxeber.com-a.istinadla xəbər verir ki, bu sözləri paraolimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib.
O Azərbaycan Ordusuna dəstək olduğunu deyib: "Allah Azərbaycan dövlətini və ordusunu qorusun. Kaş mənim də səhhətim imkan verərdi və qardaşlarımla çiyin-çiyinə döyüşərdim".
Xatırladaq ki, İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib.