Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' ''Bavariya''nın təklifini rədd etdi

''Barselona'' ''Bavariya''nın təklifini rədd etdi

Tarix: 2 Iyul 2019 15:16

"Bavariya" "Barselona"nın futbolçusu Usman Dembele üçün təklif göndərib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ancaq Kataloniya klubu 70 milyon avroluq təklifi müsbət cavablandırmayıb. "Barsa" məbləği az hesab etdiyi üçün bu addımı atıb. Bildirilir ki,  La Liqa klubu U.Dembeleni 95 milyon avrodan aşağı qiymətə satmağı düşünmür. Xəbərdə Münhen təmsilçisinin  22 yaşlı hücumçu üçün yeni təklif hazırlayacağı vurğulanıb.

Qeyd edək ki, "Barselona" Dembeleni 2017-ci ildə Dortmund "Borussiya"sından 125 milyon avroya transfer edib.

 


Etiketlər:  Barselona Bavariyanın təklifini rədd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ