Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 22:51
Hissi sinirlər vasitəsilə mərkəzi sinir sisteminə gələn impulsların kəsilməsi deafferentasiya adlanır.Deaffertasiya hissiyyatın itirilməsi ilə nəticələnir.Heyvanlar üzərində aparılan eksperimentlərdə deafferentasiya metodu yaratmaq üçün heyvanın onurğa beyinin arxa sütununu kəsdikdən sonra onların ətraflarında iflic əmələ gəldiyi müşahidə edilmişdir.Çünki mərkəzi sinir sisteminin deafferentasiyaya uğramış toxumalarda hissi impuls aldığına görə həmin sahələrin onurğa beyni ilə əlaqəsi pozulur.Bir müddət keçdikdən sonra isə deafferentasiyaya uğramış nahiyə bərpa olunur.Deafferentasiya edilmiş ətraflarda əzələ tonusu zəif olur.lakin ətrafın əzələləri nisbətən sürətlə hərəkət edir.Deafferentasiya toxumalarda qan dövranının vəziyyətinə və trofikaya da ciddi təsir edir.Belə hissələrdə aşağıdakı patologiyalar meydana çıxır:
:- mikrosirkulyasiya pozulur
- ödemlər əmələ gəlir
- hüceyrəarası qansızmalar baş verir
- distrofik proseslər meydana çıxır
- trofik xora əmələ gəlir
İnsanda hissəvi deafferentasiya müxtəlif nevroloji xəstəliklərin əlamətlərindən biri sayılır.Məsələn,sinir sisteminin siflisi nəticəsində əmələ gələn bel quruluşu onurğa beyinin arxa sütunlarının zədələnməsi ilə və impulsların zəifləməsi ilə əlaqədardır.Bu zaman deafferensasiya görmə analizatorundan mərkəzi sinir sisteminə verilən afferent impulslar hesabına kompensasiy edilir.Bu zaman xəstə yalnız gözünün nəzarəti ilə hərəkət edə bilir,gözünü yumduqda isə müvazinatını itirir və yıxılır.