Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç şirkət Apple-a qarşı mübarizə üçün əməkdaşlığa başladı

Üç şirkət Apple-a qarşı mübarizə üçün əməkdaşlığa başladı

Tarix: 29 Sentyabr 2020 23:20

Epic Games Apple-ın aldığı 30% payın kifayət qədər çox olmasını əsas gətirərək şirkətlə rəqabətə başlayıb. Apple isə buna Epic Games-in oyunu olan Fortnite-ı App Store-dən silməklə cavab verib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Apple-ın ticarət siyasətinin monopoliyalaşmaya təkan verəcəyini düşünən Spotify, Match Group və Epic Games əməkdaşlığa başlayıblar. App Fair Alliance adlı yeni təşkilatın məqsədi App Store-un siyasətinə etiraz etmək, təmərküzləşmənin qarşısını almaqdır.

Təşkilatın digər üzvləri arasında Basecamp, Blix, Blockchain.com, Deezer və Tile kimi kiçik şirkətlər də var.

Xatırladaq ki, Epic Games ABŞ Federal Məhkəməsinə Apple-a qarşı şikayət edərkən Spotify ona ilk qoşulanlardan biri olub. Bəzi istifadəçilər isə Apple-ın bu siyasətini Apple xidmətlərini təkmilləşdirmək üçün cəhd hesab edirlər.


Etiketlər:  Üç şirkət Apple qarşı mübarizə üçün əməkdaşlığa başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ