Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Android” sistemində internet bağlantısı olmadan böyük həcmli faylları paylaşmaq mümkün olacaq

“Android” sistemində internet bağlantısı olmadan böyük həcmli faylları paylaşmaq mümkün olacaq

Tarix: 2 Iyul 2019 16:08

“Android” sisteminin növbəti yeniləməsində (10 Q) böyük həcmli faylları bir qurğudan digərinə internet bağlantısı olmadan göndərməyə imkan verəcək funksiya əlçatan olacaq. “Fast Share” adlı yeni alət yalnız smartfonlar deyil, həm də xrombuk, hətta "iPhone" cihazları arasında məzmun mübadiləsinə imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Share” (Paylaşmaq) sistem menyusu vasitəsilə internet bağlantısı olmadan yaxınlıqda yerləşən qurğulara şəkil, sənəd, link, kopyalanmış mətni və başqa məzmunu göndərmək mümkün olacaq. Digər bir üsul "Sazlamalar"a daxil olmaq, “Google”u işə salmaq və “Fast Share” seçməkdir.
 
Emil Hüseynov




Etiketlər:  Android sistemində internet bağlantısı olmadan böyük həcmli faylları paylaşmaq mümkün olacaq


RƏYLƏR