Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Bəyanat

Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Bəyanat

Tarix: 30 Sentyabr 2020 14:10

Bakı. Trend:

Malayziya Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyanat yayıb.

Azərbaycanın Malayziyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirilib.

Bildirilib ki, Malayziya 27 sentyabr tarixində yenidən başlayan gərgin hərbi qarşıdurma nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda pisləşən təhlükəsizlik vəziyyətindən dərindən narahatlıq keçirir:

“Malayziya münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri daxil olmaqla beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin tapılmasına yönəlmiş bütün səyləri dəstəkləyir”.


Etiketlər:  Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir Bəyanat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ