Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 15:42
Makron rusiyalı və amerikalı həmkarları Vladimir Putin və Donald Trampla telefon danışıqları keçirməyi planlaşdırır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Latviyaya səfəri zamanı mətbuat konfransında deyib.
O bildirib ki, Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə etməyi planlaşdırır:
"Bu mövzu ilə səlahiyyətli vasiəçilər qrupu, Fransa, Rusiya və ABŞ-ın daxil olduğu Minsk qrupu məşğul olur. Biz eskalasiyanın ilk saatlarından öz tərəfdaşlarımızla həm XİN rəhbərləri, həm də prezidentlər səviyyəsində təmasdayıq. Bu axşam mən prezident Putinlə, sabah isə prezident Trampla əlaqə yaratmağı və yaranmış vəziyyətlər fikir mübadiləsi aparmağı planlaşdırıram".