Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Ermənistan Dağlıq Qarabağın “müstəqilliyi”ni tanısa, bu, bütün körpülərin yandırılması demək olacaq

Səfir: Ermənistan Dağlıq Qarabağın “müstəqilliyi”ni tanısa, bu, bütün körpülərin yandırılması demək olacaq

Tarix: 30 Sentyabr 2020 17:54

Əgər Ermənistan Dağlıq Qarabağın "müstəqilliyi"ni tanısa, bu, bütün körpülərin yandırılması demək olacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın buna reaksiyası kəskin olacaq:

"Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər də Qarabağla bağlı sərt bəyanatları ilə körpüləri yandırıb və danışıqlar prosesini sarsıtmağa çalışıb. Paşinyan bu faciənin günahkarıdır. Fikrimcə, kiçik torpaq parçasında Rusiya ilə Türkiyəni toqquşdurmaq cəhdləri edilir".

Səfir əlavə edib ki, Azərbaycanın Qarabağdan erməniləri qovmaq məqsədi yoxdur: "Məqsədimiz oraya azərbaycanlıları qaytarmaq və orada hamının birgə yaşamasıdır".

P.Bülbüloğlu, həmçinin münaqişədə türkiyəli hərbçilərin iştirakı barədə Yerevanın açıqlamalarını təkzib edib:

"Təlimlərdə iştirak etmiş F-16-lar artıq gedib, heç bir muzdlu döyüşçümüz yoxdur. Suriyadan silahlılar da yoxdur, olsaydı, dərhal nəzərə çarpardı".


Etiketlər:  Səfir Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa bütün körpülərin yandırılması demək olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ