Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” “Ayaks”ın futbolçusunu aldı

“Barselona” “Ayaks”ın futbolçusunu aldı

Tarix: 30 Sentyabr 2020 18:12

Niderlandın "Ayaks" klubunun müdafiəçisi Serjinyo Destin karyerasını İspaniya təmsilçisi "Barselona"da davam etdirəcəyi dəqiqləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 20 yaşlı futbolçu keçidin reallaşması üçün Barselona şəhərinə yollanıb.

ABŞ millisinin üzvü artıq yerli xəstəxanaların birində tibbi müayinədən keçib. Destin La Liqa klubu ilə gün ərzində rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. Bu keçid "Ayaks"a 20 milyon avro qazandırıb. Amsterdamlılar daha 5 milyon avronu bonus kimi əldə edə bilərlər. Sağ cinah oyunçusu yeni komandası ilə 5 illik saziş imzalayacaq.

Qeyd edək ki, Serjinyo Dest "Barselona"da Ronal Kumanın baş məşqçi postuna təyinatından sonra ilk transferdir.

Milli.Az


Etiketlər:  Barselona Ayaksın futbolçusunu aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ