Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 21:06
"Jose Kante ilə bağlı problem var. Matçda iştirak etməsi üçün sona qədər mübarizə aparacağıq, amma hələ ki, qərar verilməyib. Digər oyunçular isə sağlamdır və məşq edirlər".
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı matçdan əvvəl mətbuat konfransında deyib.
"İlk konfransda komandanın müxtəlif parametrlərdə oynaya biləcəyini və matç zamanı sxemin dəyişək ehtimalının olduğunu söylədim. Sabah da belə oynamağa hazırıq. Bu barədə çox danışmaq istəmirəm. Mümkün qədər yaxşı hazırlaşmaq üçün hər şeyi edirik" - deyə o bildirib.
50 yaşlı mütəxəssis hər iki komandanın eyni potensiala sahib olduğunu vurğulayıb: "Qarabağ"ın iki oyunçusunun görüşdə iştirakı sual altındadır. Bütün diqqətimizi bu oyunun fəlsəfəsinə yönəldirik".
Mixneviç deyib ki, hər gün futbolçularla danışır: "Məşqdən əlavə təkbətək söhbətlər etmirəm. Yaxın gələcəkdə mütləq oyunçularla yaxından tanış olacağam. Bu gün vaxtımız azdır. Çalışırıq ki, futbolçular mümkün qədər yaxşı hazırlaşsınlar".
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Xatırladaq ki, Mixneviç ötən həftə "Legiya"nın baş məşqçisi təyin olunub.